AZ

Zəngilanda transformator binası tikiləcək

Metbuat portalından verilən məlumata əsasən, ain.az bildirir.

Zəngilan şəhərində yeni yaşayış məhəlləsində mühəndis təminatı və transformator binasının inşası nəzərdə tutulur.

Metbuat.az xəbər verir ki, tikinti işlərinə 1 milyon 280 min 708 manat xərclənəcək.

Sözügedən işlərə “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi nəzarət edəcək.

Qeyd edək ki, hazırda layihənin icrası üçün podratçı axtarışı davam edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
64
2
metbuat.az

3Mənbələr