AZ

Mingəçevirin icra başçısı: Sakinlərin yarısı tullantıların daşınmasına görə ödəniş etmir

MİNGƏÇEVİR, 9 sentyabr. TELEQRAF

Mingəçevirdə sakinlərin yarısı məişət tullantılarının daşınmasına görə üzərinə düşən müqavilə qiymətini ödəməkdən yayınır.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, bu açıqlama ilə Yaşıllaşsırma və Sanitar Təmizlik İdarəsinin istifadəsinə verilmiş yeni və müasir yük maşınlarına ictimai baxış zamanı Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edib.

Onun sözlərinə görə məişət tullantıları üzrə xidməti ödəniş haqları adam sayına düşən müqavilə əsasında müəyyən olunur. Amma Mingəçevirdə 50 minə yaxın istifadəçi bu müqavilələrdən yayınır, yaxud kənarda qalır.

"Şəhər təsərrüfatı tullantıların müasir qaydada daşınmasını həyata keçirmək üçün iki yük maşını ilə təmin olundu. Həmin ödəmələr və onlara tətbiq olunan qənaət sahəsində yeni texnikalar almağa nail olduq. Çalışaq müqavilədən yayınmaların qarşısını alaq. Müqavilə haqları ödənsə, Mingəçevirin müasir xidmət texnikası ilə təmin olunması davam edəcək"- deyə icra başçısı yerli əhaliyə müraciət edib.

Seçilən
45
teleqraf.com

1Mənbələr