AZ

Ötən il Azərbaycanda 19 mindən çox satınalma proseduru baş tutub

BAKI, 9 sentyabr. TELEQRAF

Ötən il Azərbaycanda 19602 satınalma proseduru baş tutub ki, bu da 2023-cü illə müqayisədə 57%, 2022-ci illə müqayisədə isə 62% artım deməkdir.

Teleqraf Hesablama Palatasına istinadən xəbər veir ki, satınalmaların ümumi məbləği isə 9845 mln. manat təşkil etmişdir ki, bu da müvafiq olaraq 30,5% və 45,2% artımı göstərir.

Baş tutmuş satınalmaların tərkibində müsabiqə əsaslı satınalmalar say baxımından cüzi üstünlük təşkil etsə də (50,1%), məbləğ baxımından bir mənbədən satınalma üsulu daha böyük (54,4%) paya malik olmuşdur. 2024-cü ildə müsabiqə əsaslı satınalmalar üzrə 9821 sayda, ümumilikdə 4490,0 mln. manat məbləğində satınalma baş tutmuşdur. Bu, ötən illə müqayisədə say baxımından 2003 ədəd (25,6%) artım, lakin məbləğ baxımından 199,9 mln. manat (4,3%) azalma deməkdir. Əlavə olaraq qeyd etmək lazımdır ki, müsabiqə əsaslı metodlar üzrə baş tutan satınalmaların ümumi satınalmalarda payı 2024-cü ildə əvvəlki illə müqayisədə məbləğ baxımından 16,6 faiz bəndi azalaraq 45,6% olmuşdur. Bu azalma əsasən təkliflər sorğusu metodunun yeni qanunvericilikdə nəzərdə tutulmaması ilə əlaqədardır. Müsabiqə əsaslı metodlar arasında məbləğ baxımından ən böyük paya malik olan açıq tender üzrə 2024-cü ildə 3688 satınalma baş tutmuş və bu satınalmaların məbləği 4275,5 mln. manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 16,8% artım deməkdir. Say baxımından isə kotirovka sorğusu metodu üstünlük təşkil etmişdir. Bu metod üzrə 6113 satınalma baş tutmuş və bu, məbləğ baxımından 125,4 mln. manat təşkil etmişdir (2,1 dəfə artım). Hər bir baş tutmuş satınalmanın orta məbləği belə olmuşdur: açıq tender metodu üzrə 1158,4 min manat (bu da əvvəlki illə müqayisədə 344,1 min manat artım deməkdir), kotirovka sorğusu metodu üzrə 20,5 min manat (əvvəlki illə müqayisədə 0,1 min manat azalma), bir mənbədən satınalma metodu üzrə isə 547,4 min manat (əvvəlki illə müqayisədə 64,8 min manat azalmışdır). Bir mənbədən satınalma metodu tətbiq edilməklə 2024-cü ildə 9781 satınalma keçirilmiş, bu da ümumi sayın 49,9%-ni, məbləğ baxımından isə 5355 mln. manat və ya 54,4%-ni təşkil etmişdir. Bu metodun geniş tətbiqi əsasən iki səbəblə izah olunur: təcili tələbat (63,8%) və konkret təchizatçının unikal mövqeyi (42,6%).

Seçilən
30
teleqraf.com

1Mənbələr