Hazırda Mərdəkandakı “Liv Bona Dea” arenasında Azərbaycan və Bolqarıstanın U-21 milliləri arasında Avropa seçmə oyunu keçirilir.
QOL.az xəbər verir ki, oyun demək olar ki, bomboş tribunalar önündə oynanılır.
Bundan başqa, meydançanın ot ortüyünün bərbad duruma düşməsi də diqqət çəkən əsas məqamlardandır.
Qeyd edək ki, arena AFFA-nın tabeçiliyindədir. Ondan milli komandalarla yanaşı icarə qaydasında “Araz Naxçıvan” komandası da istifadə edir.