AZ

Naxçıvanda açıq havada idman qurğuları quraşdırılır

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Naxçıvan, 9 sentyabr, AZƏRTAC

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planına əsasən, muxtar respublikanın şəhər və qəsəbələrində açıq havada sadə idman qurğularının quraşdırılmasına başlanılıb. Prosesə Şahbuz şəhərində start verilib.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Emil Səmədov deyib.

Onun sözlərinə görə, öncədən müəyyənləşdirilmiş ərazidə ilkin inşaat işləri həyata keçirilir. Plana əsasən, cari ilin sonunadək 7-si şəhərdə, 4-ü qəsəbələrdə olmaqla, muxtar respublikanın bölgələri üzrə ümumilikdə, 11 yerdə açıq havada sadə idman qurğularının istifadəyə verilməsi nəzərdə tutulub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
50
1
azertag.az

2Mənbələr