AZ

Dubayda Qarabağa "yaşıl sərmayə"nin cəlbi ilə bağlı görüş keçirilib

Azərbaycan Respublikası Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə İqtisadi Resursların Öyrənilməsi ictimai birliyinin icra etdiyi “Qаrаbağ və Şərqi Zəngəzurun dirçəldilməsinə “yaşıl sərmayə”nin cəlbi” layihəsi çərçivəsində ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Arqaam Capital” təşkilatının rəhbəri Abdul Kadir Hussain ilə görüş keçirilibr.

QHT.az xəbər verir ki, görüşdə İRÖİB-in sədri i.f.d. Ruslan Atakişiyev ona layihənin məqsədi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonların investisiya potensialı barəsində geniş məlumat verdi. O, bölgənin kənd təsərrüfatı, turizm, emal və tikinti materialları sənayesi üzrə böyük potensialının olmasına diqqət çəkərək sərmayəçilər üçün yaradılmış investisiya mühiti – vergi, gömrük, sənaye parkları - barəsində də danışdı.

Abdul Kadir Hussain Qarabağda açılan müəssisələrin fəaliyyətinə maliyyə cəlbi üçün Sukuk bazarından istifadəni təklif etdi. Bunun üçün ərazi üzrə təklif olunan layihələrin maliyyə göstəricilərinin tərtib olunmasını zəruri hesab etdi.

Sonda xatirə şəkli çəkildi.

Seçilən
20
qht.az

1Mənbələr