AZ

Portuqaliyalı jurnalist Santuşu sözlə sillələdi – “həmin məbləği Azərbaycana ödəməyə razı olardım”

“Portu Goal” nəşri Fernando Santuşun yığmamızın baş məşqçisi vəzifəsindən ayrılmasını şərh edib.

“Football-plus.az” xəbər verir ki, portuqaliyalı həmkarımız Sen Gillen bu məsələyə “Santuşun Bakı kabusu” sərlövhəli yazıda toxunub:
“Portuqaliya millisinin sabiq baş məşqçisi artıq Azərbaycan yığmasının baş məşqçisi deyil. O, komandanın DÇ-2026-nın seçmə mərhələsində İslandiyaya uduzduğu matçdan sonra jurnalistlər tərəfindən amansız suallara məruz qalıb və çox keçmədən vəzifəsindən azad edilib. Mənə elə gəlir ki, Santuş həmin gün karyerasının ən çətin mətbuat konfransını keçirdi. Ondan birbaşa Portuqaliyaya uçuş olub-olmadığını da soruşdular, özünə hörmət edib-etmədiyini də. Bəli, azərbaycanlı jurnalistlərin sualları yetərincə cəsarətli və sərt idi. Ancaq bəzi məsələlərdə haqlı idilər. Məsələn, Santuşun həqiqətən də çoxlu pulu var və Azərbaycandan aldığı təzminat onun üçün böyük məbləğ deyil. Baş məşqçi olsam, həmin sualları eşitmək, alçaldıcı stuasiya ilə üz-üzə qalmaq, sakitcə başımı yelləyərək cavab verməyə çalışmaq, bəzi sualların qarşısında susmağa məcbur olmaq əvəzinə həmin məbləği Azərbaycana ödəməyə razı olardım”.

KƏNAN BAHADIR
Seçilən
27
1
football-plus.az

2Mənbələr