AZ

Ceyhun Bayramov Misirin ölkəmizdəki yeni səfiri ilə regional və beynəlxalq vəziyyəti müzakirə edib (FOTO)

Bakı. Trend:

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Misir ƏrəbRespublikasının ölkəmizdəki yeni təyin olunmuş səfiri HüsaməddinEffat Mustafa Rezanı qəbul edib.

XİN-dən Trend-əbildirilib ki, səfir Hüsaməddin Reza etimadnaməsinin surətini nazirCeyhun Bayramova təqdim edib.

Nazir Ceyhun Bayramov səfiri təyinatı münasibətilə təbrik edib,ona fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə, Azərbaycan və Misir arasında ikitərəfli və çoxtərəfliəməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq vəziyyətmüzakirə olunub.

İki ölkə arasında əməkdaşlığın inkişafında liderlər arasındadostluq münasibətlərinin, ali və yüksək səviyyəli qarşılıqlısəfərlərin, hökumətlərarası komissiyanın fəaliyyətinin, habeləsiyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti qeyd olunub.

Regional və beynəlxalq təşkilatlar, o cümlədən BirləşmişMillətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və QoşulmamaHərəkatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Ölkəmizin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələriüzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cusessiyasına (COP29) ev sahibliyi və sədrliyi dövründə ölkələrimizarasında əməkdaşlıq məmnunluqla xatırlanıb.

Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişədövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdəaparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə ətraflıməlumatlandırıb.

Tərəflər həmçinin, Yaxın Şərq bölgəsində təhlükəsizlik vəziyyətiətrafında müzakirə aparıblar.

Səfir Misirin Azərbaycandakı səfiri qismində fəaliyyətgöstərəcəyindən məmnunluq duyduğunu və fəaliyyəti dövründəikitərəfli münasibətlər və əməkdaşlığın inkişafı üçün səyləriniəsirgəməyəcəyini bildirib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun
Ceyhun
Ceyhun
Ceyhun
Seçilən
63
20
az.trend.az

10Mənbələr