
“Andriy mənim gəncliyimdəki kumirlərimdən biri olub. Məhz o, qırmızı-qara rəngləri həmişəlik ürəyimə həkk etdi. Amma məni ən çox heyran edən yalnız onun unudulmaz istedadı deyil, həm də sönməyən enerjisi və Vətənə bağlılığıdır. Ukrayna işğalla mübarizə apardığı bir vaxtda, Andriy öz xeyriyyəçilik fəaliyyəti, fandreyzinq təşəbbüsləri və dönməz səsi ilə möhkəm dayanır. Onun nümunəsi bizə xatırladır ki, ölkən sənə ehtiyac duyanda laqeyd qalmamaq nə deməkdir. Biz təkcə futbol haqqında deyil, həm də xalqlarımızın keçdiyi oxşar sınaqlar, milli birliyin əhəmiyyəti və geniş bərpa perspektivləri barədə danışdıq. Dostluq nişanəsi olaraq, mənim üçün böyük şərəf idi ki, Andriy Şevçenkoya Qarabağ xalçası – Qarabağ Dirçəliş Fondu adından xüsusi bir hədiyyə təqdim edim. Ümid edirəm ki, bu xalça özündə dözüm və dirçəliş ruhunu daşıyacaq.” Sosial şəbəkə paylaşımında R.Hacıyev həmçinin görüşün təşkilinə görə FIFA-nın assosiasiyalar üzrə direktoru Elxan Məmmədova təşəkkürünü bildirib.

