AZ

"Valideyn övladının məktəbini dəyişirsə, yeni məktəbin formasına uyğunlaşdırmalıdır"

"Dövlət ümumi təhsil məktəblərində təhsil alanların geyim forması Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli, 96 nömrəli qərarı ilə tənzimlənir. Həmin qərarda dörd məktəbli formasının eskizi təqdim olunur və göstərilir ki, hər bir məktəb bu dörd formadan birini seçə bilər".

Bu fikirləri Redaktor.az-a təhsil eksperti Elşən Qafarov məktəbli formalarının dəyişdirilməsindən danışarkən bildirdi.

"Əgər valideyn övladını bir məktəbdən başqa məktəbə aparırsa, deyək ki, A məktəbində məktəbli forması başqa, B məktəbində isə başqa eskizdirsə, artıq yeni məktəbə keçid edirsə, təbii ki, yeni getdiyi məktəbin formasını almalıdır. Ölkədə qanunvericiliyə görə, bütün məktəblərdə eyni forma deyil. Dörd eskiz var, hər bir məktəb o eskizin birini seçir.

Bu baxımdan valideyn yalnız yerdəyişmə etdiyi zaman övladı üçün yeni apardığı məktəbin məktəbli formasına uyğunlaşdıra bilər. Bu da ciddi böyük problem yaratmır, çünki yerdəyişmə edənlərin sayı çox deyil. Ona görə də burada hər hansı çətinliyi görmürəm. Ölkə üzrə şagird yerdəyişməsində nə qədər uşaq iştirak edir ki? Valideyn övladının məktəbini dəyişirsə, yeni məktəbin formasına uyğunlaşdırmalıdır".

Aytəkin TOFİQQIZI

Seçilən
13
1
redaktor.az

2Mənbələr