AZ

MKOSS-ların dövlət satınalmalarında iştirakının artırılması üçün təlimlərə start verilir - FOTO

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyi “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında rəqabətliliyinin artırılması” layihəsini həyata keçirir.

QHT.az xəbər verir ki, layihə çərçivəsində ölkənin 5 regionunda “Dövlət satınalmalarının təşkili və idarə olunması” mövzusunda təlimlər keçiriləcək.

Birliyin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, təlimlərin əsas məqsədi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (MKOSS) dövlət satınalmalarında iştirakçılığını artırmaq, onların bu proseslərdən səmərəli faydalanmasını təmin etməkdir. Təlimlərdə sahibkarların dövlət satınalmalarına dair bilik və bacarıqları genişləndiriləcək, praktiki təcrübəyə malik peşəkar mütəxəssislər tərəfindən mövzular izah olunacaq.

Eyni zamanda, iştirakçılar satınalma proseslərinin hüquqi və praktiki məsələlərini əhatə edən kitablarla təmin ediləcək. Bu da sahibkarların özünümaarifləndirməsinə və praktiki fəaliyyətində biliklərini tətbiq etməsinə dəstək olacaq.

Layihənin həyata keçirilməsinə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) da dəstək göstərir.

 

Pərvanə Fərhadqızı

Seçilən
58
qht.az

1Mənbələr