AZ

Yüksək Qızlar Liqasında iştirak edəcək komandalar bəlli oldu

Sportal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.

Sportal.az xəbər verir ki, iclasda 2025/2026-ci illər mövsümündə AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

AFFA-nın Lisenziya Komissiyası Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2024) 9-cu maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıda adları sadalanan klublara AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün lisenziyanın verilməsi qərarını qəbul edib:

“Liman” FK, “Sabah” FK, “Şəfa” FK, “Təhsil 8” FK, “Ümid” FK, “Zaqatala” QFK.

Bununla da 2025/2026-cı illər mövsümündə Yüksək Qızlar Liqası yarışlarında çıxış edəcək klubların sayı 12 olaraq tamamlanıb.

1. Araz Naxçıvan PFK

2. Baku Juniors FK

3. Dirçəliş FK

4. Liman FK

5. Neftçi PFK

6. Qəbələ İK

7. Sabah FK

8. Sumqayıt FK

9. Şəfa FK

10. Təhsil 8 FK

11. Ümid FK

12. Zaqatala QFK

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
81
6
sportal.az

10Mənbələr