2026-cı ildən İsveçdə məktəblərdə smartfonlar qadağan ediləcək.
Newscenter.az xarici mediaya istinadən bildirir ki, İsveç hökuməti 2026-cı ildən başlayaraq ibtidai və orta məktəblərdə smartfonları qadağan etmək qərarına gəlib.
Ölkənin təhsil naziri Simona Mohamsson İsveçin ictimai yayımı olan SR-ə bildirib ki, 2026-cı ildən başlayaraq bütün ölkədə ibtidai və orta məktəblərdə smartfonlardan istifadə qadağan olunacaq.
Mohamsson qadağanın tənəffüs zamanı da tətbiq ediləcəyini bildirib.
Mohamsson, "Tələbələr TikTok-da vaxt itirməkdənsə, tənəffüs zamanı dostları ilə vaxt keçirməyi və ya futbol oynamağı öyrənməlidirlər",-deyə bildirib.
Anar Əliyev