AZ

Sürücü dayanma qaydasını pozdu, sərnişin isə görün nə etdi VİDEO

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Xırdalan şəhərində yol hərəkəti qaydasını pozan sürücü hərəkətə çətinlik yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, taksi fəaliyyəti ilə məşğul olan 99-DJ-744 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü yolun sağ kənarında kifayət qədər boş yerin olmasına baxmayaraq dayanma-durma qaydasını pozub. Videodan da aydın şəkildə görünür ki, sürücü iki zolağın arasında dayanıb.

Üstəlik, sərnişinin də yolun ortasında düşməsi vəziyyəti daha da təhlükəli edib. Qanunvericiliyə əsasən, sərnişinlər yalnız yolun sağ kənarından nəqliyyat vasitəsinə minməli və düşməlidirlər.

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
avtosfer.az

1Mənbələr