AZ

Nepalda beynəlxalq hava limanı yandırıldı

ain.az, Baku.ws saytına istinadən bildirir.

Nepalda etirazçılar mərkəzi hissənin cənubunda yerləşən Bhayraxava şəhərində Qautama Budda adına beynəlxalq hava limanını yandırıblar.

BAKU.WS xəbər verir ki, bu barədə Kathmandu Post qəzeti məlumat yayıb.

Məlumata görə, təxminən 1 000 nümayişçi hava limanının ərazisinə daxil olaraq əmlakı dağıdıb və bir neçə avtomobili yandırıb. Onlar günorta saatlarından etibarən aeroportun binası qarşısında etiraz aksiyası keçirirdilər.

Bununla yanaşı, Gen-Z gənclər hərəkatının etirazları fonunda davam edən iğtişaşlarla bağlı Nepal ordusu ölkə əhalisini və əmlakını qorumaqda qətiyyətli olduqlarını bəyan edib. Khabarhub portalının yaydığı rəsmi açıqlamada ordu vətəndaşları təmkinli olmağa çağırıb ki, vəziyyətin daha da gərginləşməsinin qarşısı alınsın.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
1
baku.ws

2Mənbələr