AZ

Şamaxı və İsmayıllıda yaşayış evləri TİKİLƏCƏK

ain.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti Şamaxı və İsmayıllı rayonlarında yeni yaşayış evlərinin inşasına başlayır.

BAKU.WS-in məlumatına görə, bu məqsədlə 3 ədəd 3 otaqlı fərdi yaşayış evinin tikintisi üçün açıq müsabiqə elan olunub.

Layihənin ümumi dəyəri 276 min 993,29 manat olaraq göstərilib.

Qeyd edək ki, yeni fərdi yaşayış evlərinin tikintisi həm rayonlarda sosial rifahın yaxşılaşdırılmasına, həm də təbii fəlakətlər zamanı zərərçəkmiş ailələrin yerləşdirilməsinə töhfə verəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
1
baku.ws

2Mənbələr