AZ

Tramp məişət zorakılığını ər arvad arasında sadə mübahisə adlandırdı

ain.az, Qaynarinfo portalına istinadən məlumat verir.

ABŞ prezidenti Donald Tramp məişət zorakılığının rəsmi cinayət statistikasında cinayət hesab edilməməsini təklif edərək, bunu ər-arvad arasında kiçik mübahisə adlandırıb. 

Qaynarinfo "The New York Times"a istinadən xəbər verir ki, o, bu barədə Vaşinqtondakı İncil Muzeyində çıxışı zamanı deyib.

Prezident bu bəyanatı Vaşinqtonda administrasiyasının cinayətlə mübarizə səylərini müzakirə edərkən verib.

Keçən ay Tramp federal hakimiyyət orqanlarının Vaşinqtonda polis qüvvələrinə nəzarəti ələ keçirməsinə imkan vermək üçün Kolumbiya dairəsində fövqəladə vəziyyət elan edib. Milli Qvardiya yerli hüquq-mühafizə orqanlarına şəhər cinayətləri ilə mübarizədə kömək etmək üçün oraya göndərilib.

İncil Muzeyində çıxış edən Tramp bildirib ki, onun gördüyü tədbirlər rayonda cinayəti tamamilə aradan qaldırıb: "Cinayət deyil. Cinayətkarlıq 87 faiz azalıb".

Aydın

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
qaynarinfo.az

1Mənbələr