AZ

Azərbaycan - Ukrayna: Start heyətlər açıqlandı

Bu gün futbol üzrə dünya çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində Azərbaycan – Ukrayna oyunu keçiriləcək.

Arena.az xəbər verir ki, seçmə mərhələnin D qrupunda qərarlaşmış komandaların 2-ci tur çərçivəsindəki görüşü Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Qeyd edək ki, bu oyun ərəfəsində Azərbaycan yığmasında gözlənilməz ayrılıq reallaşıb. Belə ki, baş məşqçi Fernando Santos AFFA rəhbərliyi tərəfindən istefaya göndərilib. Buna komandamızın seçmə mərhələnin ilk turunda İslandiyaya səfərdə 0:6 hesablı məğlubiyyəti səbəb olub. Komandamızı Ukrayna ilə görüşə U-21 millinin baş məşqçisi Ayxan Abbasov çıxaracaq.

Ukrayna yığması da seçmə mərhələyə uğursuz başlayıb. Sergey Rebrovun rəhbərlik etdiyi kollektiv Fransa yığmasına 0:2 hesabıyla uduzub.

Komandalar Bakıdakı görüşdə aşağıdakı heyətlərlə mübarizə aparacaqlar:

DÇ-2026-nın seçmə mərhələsi
D qrupu
9 sentyabr

20:00. Azərbaycan – Ukrayna
Baş hakim: Vassilis Fotias (Yunanıstan).
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 20:00.

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 10. Mahir Emreli, 14. Elvin Bədəlov, 15. Abdulla Xaybullayev, 19. Rüstəm Əhmədzadə, 21. Qismət Alıyev.
Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Rza Cəfərov, 2. Rəhman Daşdəmirov, 6. Səbuhi Abdullazadə, 7. Anatoli Nuriyev, 11. Ozan Can Kökçü, 13. Abbas Hüseynov, 16. Ceyhun Nuriyev, 17. Toral Bayramov, 18. Cəlal Hüseynov, 20. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı.
Baş məşqçi əvəzi: Ayxan Abbasov.

Ukrayna: 12. Anatoli Trubin, 2. Yuxim Konoplya, 6. İvan Kalyujni, 7. Vladislav Vanat, 8. Georgi Sudakov, 13. İlya Zabarnı, 14. Oleq Oçeretko, 17. Aleksandr Zinçenko, 19. Artyom Bondarenko, 20. Aleksandr Zubkov, 22. Mikola Matviyenko (k).
Ehtiyat oyunçular: 1. Goergi Buşan, 23. Dmitri Rıjnik, 3. Taras Mixavko, 4. Aleksandr Svatok, 5. Valeri Bondar, 10. Mikola Şaparenko, 11. Artyom Dovbik, 15. Boqdan Mixayliçenko, 16. Nazar Voloşin, 18. Yeqor Yarmolyuk, 21. Aleksandr Nazarenko.
Baş məşqçi: Sergey Rebrov.

error: Məzmun qorunur!
Seçilən
29
6
arena.az

10Mənbələr