Milli komandamıza dəvət alan “Sabah”ın yarımmüdafiəçisi Abdulla Xaybulayev bu gün yığmada debüt edəcək. 

Offsideplus.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Ukraynaya qarşı DÇ-2026-nın seçmə mərhələ oyununda start heyətdə yer alıb. Bu, onun əsas milli komandamızda ilk rəsmi oyunu olacaq.

Qeyd edək ki, Azərbaycan - Ukrayna matçı saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.