AZ

Nepalda bütün hava limanları fəaliyyətini dayandırdı

Nepalda bütün hava limanları sentyabrın 11-dək fəaliyyətini dayandırıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın respublikadakı səfirliyinin "Telegram" kanalında məlumat verilib.

"Hava limanları sentyabrın 11-i ən azı saat 00:00-a qədər bağlı olacaq. Bağlanma müddətinin daha da uzadılmasını istisna etmək olmaz", - məlumatda deyilir.

Bütün bunların fonunda diplomatik nümayəndəlik rusiyalıları Nepal ətrafında səyahətlərini planlaşdırarkən alınan məlumatları nəzərə almağa və ümumilikdə onların sayını minimuma endirməyə çağırıb.

Qeyd edək ki, sentyabrın 9-da etirazçılar Bhairahava şəhərindəki Qautam Budda beynəlxalq hava limanını yandırıblar.

Seçilən
29
publika.az

1Mənbələr