AZ

“Şalvar-köynək”, “duz-çörək” artıq yaxınmənalı sözlər sayılmayacaq

“Yeni nəsil “Azərbaycan dili” dərsliyində bəzi yeni terminlər istifadə olunub. Məsələn, buraya hiperonim, hiponim və morfem kimi anlayışlar əlavə edilib”.

Gundem.az “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, bu barədə 2025-2026-cı tədris ilində ümumtəhsil müəssisələrinin 6-cı siniflərində tətbiq olunacaq yeni nəsil “Azərbaycan dili” dərslik komplektinin məzmun və tədris texnologiyasının xüsusiyyətlərinin müzakirəsinə həsr edilmiş vebinarda “Azərbaycan dili” dərsliklərinin müəllifi, layihə rəhbəri Rafiq İsmayılov səsləndirib.

O qeyd edib ki, sözün aid olduğu ümumi məna hiperonim, həmin söz isə hiponim adlanır, morfem isə ön şəkilçi anlayışıdır: “Məsələn, bu günə kimi “şalvar-köynək” yaxınmənalı söz olaraq qəbul edilirdi. Şagirdlər isə deyirdi ki, axı “şalvar-köynək” yaxınmənalı söz deyil. Yeni dərslikdə isə “şalvar-köynək” geyim hiperoniminə aid hiponim olaraq təqdim edilib. Eləcə də “duz-çörək” yaxınmənalı yox, qida hiperoniminə aid hiponimdir. Morfem isə söz önündə işlədilən bi-, a-, anti-, vitse- kimi şəkilçilərdir”.

Seçilən
12
7
gundem.az

10Mənbələr