Reper D4vd-nin (Devid Entoni Burk onun əsl adıdır) avtomobilində çürümüş insan cəsədi tapılıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.
Los-Anceles polisi 8 sentyabr tarixində reper D4vd-ə məxsus "Tesla" avtomobilinə pis qoxu ilə bağlı şikayətlərdən sonra baxış keçirib. Hüquq-mühafizə orqanları avtomobilin baqaj hissəsində insan qalıqları aşkarlayıblar. Hadisə ilə bağlı ölüm işi üzrə istintaq başladılıb. Hakimiyyət hələlik mərhumun şəxsiyyətini açıqlamır.
Qeyd olunub ki, D4vd 9 sentyabrda dünya turu çərçivəsində Minneapolisdə konsert verməlidir. Reperin nümayəndələri hələlik insidentlə bağlı şərh verməyiblər.(publika.az)