Dietoloq Anton Polyakov bildirib ki, kolbasanın müntəzəm istifadəsi xərçəng xəstəliklərinin yaranma riskini artırır.
Redaktor.az xəbər verir ki, mütəxəssis life.ru-ya açıqlamasında səhər yeməklərində geniş istifadə olunan bu məhsuldan çəkinməyi tövsiyə edib.
Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı artıq uzun müddətdir kolbasa və sosisləri xərçəng riski ilə əlaqələndirilən məhsullar siyahısına daxil edib.
“Əgər kolbasanı mütəmadi yesəniz, xərçəng riski yüksəlir”, - deyə Polyakov vurğulayıb.
Dietoloq sağlamlıq üçün kolbasanı mal dili ilə əvəz etməyi məsləhət görüb.
Aytəkin TOFİQQIZI