AZ

ATƏT Gürcüstana müşahidə missiyası göndərməkdən imtina edib

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (ATƏT/DTİHB) Gürcüstanda keçiriləcək yerli seçkilərə müşahidə missiyası göndərə bilməyəcək.

Operativ Media xəbər verir ki, bu barədə təşkilatın yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, təsisat Gürcüstan hakimiyyətindən seçki gününə bir aydan az qalmış vaxtda yerli seçkiləri müşahidə etməyə dəvət alıb.

“Bu, müşahidəni mümkünsüz edir. Belə ki, şəffaf və etibarlı seçki müşahidəsi hərtərəfli hazırlıq tələb edir”, - bəyanatda deyilir.

Xatırladaq ki, Gürcüstan hökuməti ATƏT/DTİHB-ni oktyabrın 4-də keçiriləcək yerli seçkilərin müşahidəsinə sentyabrın 6-da dəvət edib.

Seçilən
27
7
operativmedia.az

10Mənbələr