"Həbibə Floyd Meyvether ilə döyüşmək üçün böyük məbləğdən pul təklif olunmuşdu, lakin o, geri çevirdi".
Offsideplus.az xəbər verir ki, bunu Həbib Nurməhəmmədovun keçmiş məşqçisi Xavyer Mendez açıqlayıb. O, Həbibin keçmiş dünya çempionu ilə döyüşdən imtina etdiyini bildirib:
"Həbibə Floyd ilə döyüşmək üçün böyük məbləğdə pul mükafatı təklif edilmişdi. Lakin o qəbul etmədi. Floydun da bu təklifi qəbul edib-etməyəvəyini bilmirəm".