AZ

"Fənərbağça"nın yeni baş məşqçisi müəyyənləşdi -RƏSMİ

“Fənərbağça” rəhbərliyi Joze Mourinyu ilə yollarını ayırdıqdan sonra yeni baş məşqçi axtarışını başa çatdırıb.

Fanat.Az xəbər verir ki, klub Domeniko Tedesko ilə 2 illik müqavilə imzalayacaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mütəxəssisin köməkçi məşqçi heyətində sabiq futbolçu Gökhan Gönül də yer alacaq.

1985-ci ildə İtaliyada anadan olan, lakin Almaniyada böyüyən Tedesko məşqçilik karyerasına “Ştutqart” akademiyasında başlayıb. Daha sonra “Şalke 04”, “Spartak Moskva” və “Leyptsiq” kimi klubları çalışdırıb. 2021/22 mövsümündə “Leyptsio”lə Almaniya Kubokunu qazanaraq böyük uğura imza atıb.

Sonuncu vəzifəsi isə Belçika millisinin baş məşqçiliyi olub. Onun rəhbərliyi altında Belçika AÇ-2024-də mübarizə aparıb.

Tedeskonun əsas futbol fəlsəfəsi sürətli hücum, aqressiv pressinq və gənc oyunçulara şans verməkdir. Bu baxımdan, “Fənərbağça” rəhbərliyi onun komandanın Avropa səviyyəsində uğur qazanmasına kömək edəcəyinə inanır.

Kamil Xudiyev

Seçilən
32
fanat.az

1Mənbələr