AZ

“Qızıl top” qalmaqalı - “Real” geri çəkilmir

“France Football” jurnalının nümayəndə heyəti Madridi ziyarət edib.

90deqiqe.Az-ın “Marca”ya istinadən yaydığı məlumata görə, “Qızıl top” mükafatının təsisçisi olan nüfuzlu fransız nəşrinin bu addımı ötən il mükafatlandırma mərasimini boykot edən “Real Madrid”lə münasibətləri normallaşdırmaq məqsədi ilə atılıb.

Mənbənin məlumatına görə, tərəflər arasında keçirilən görüş uğursuz nəticələnib. “Kral klubu” hələ də 2024-cü il “Qızıl top” səsverməsində xal hesablanma qaydasında edilən dəyişikliklərin, həmçinin bəzi qiymətləndirmə meyarlarının səbəblərini qəbul etmir.

Xəbərdə vurğulanır ki, “France Football” sentyabrın 22-də keçiriləcək növbəti mükafatlandırma mərasimindən öncə “Real”la münasibətləri bərpa etmək niyyətindədir.

Qeyd edək ki, ötən il Madrid təmsilçisi forvardı Vinisius Juniorun “Qızıl top”u qazanmayacağını öyrəndikdən sonra tədbirə qatılmaqdan imtina etmişdi.

Seçilən
66
90deqiqe.az

1Mənbələr