Sumqayıtda qaz təchizatında məhdudiyyət olacaq.
"Ölkə.az" xəbər verir ki, bu barədə "Azəriqaz" İB Sumqayıt QİS-dən məlumat verilib.
Bildirilib ki, sentyabrın 10-da 18-ci mikrorayon və Yaşıl Dərənin bir hissəsində 89 millimetrlik ortatəzyiqli qaz xəttində sızmaların aradan qaldırılması ilə əlaqədar olaraq 1 400 abonentin qaz verilişi müvəqqəti dayandırılacaq.
İşlər başa çatdıqdan sonra qaz təchizatı tam bərpa olunacaq.