Musavat.com xəbər verir ki, Al Jazeera telekanalı HƏMAS nümayəndəsinə istinadla sensasion məlumat yayıb.
Bildirilir ki, İsrailin Dohada həyata keçirdiyi hücum zamanı HƏMAS rəhbərliyinə qarşı sui-qəsd cəhdi baş tutmayıb.
Məlumata görə, hücum nəticəsində Qəzza zolağındakı Fələstin hərəkatının liderinin oğlu və onun köməkçisi həlak olub. Lakin HƏMAS rəhbərliyi planlaşdırılan zərbədən sağ çıxmağı bacarıb.
Bu hadisə, İsrailin Yaxın Şərqdə intensivləşən əməliyyatlarının fonunda beynəlxalq rezonans doğurub.
Musavat.com