AZ

“Ən azından 1 xal qazandıq” – millimizin məşqçisi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin 2-ci turu çərçivəsində Bakıda Bolqarıstanla 1:1 hesablı heç-heçə edib.

İdmanxeber.az xəbər verir ki, yığmamızın baş məşqçisi Elnur Çodarov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Oyunu ümumi olaraq yüksək qiymətləndirirəm. Çalışdıq ki, məşqdə etdiklərimizi həyata keçirək. Komanda sona qədər mübarizə apardı, döyüşdü. Meydana qələbə üçün çıxmışdıq. Ən azından 1 xal qazandıq.

– Ayxan Abbasovun yoxluğu komandada narahatlıq yaradırdı?

– Ayxan müəllimin yoxluğu yüz faiz özünü göstərir. Maksimum dərəcədə çalışdıq ki, bunu hiss etdirməyək.

– Baş məşqçi kimi çıxdığınız oyunda 1 xal qazandınız. Sizcə, necə nəticədir?

– Sırf öz adıma nəsə demək istəmirəm. Bu, bizim hamımızın xalıdır.

– Qrupdakı şanslarınızı necə qiymətləndirirsiniz?

– Bacardığımız qədər çox xal toplayacağıq. Əsas məqsədimiz odur ki, uşaqlar özlərinə inansınlar. Döyüşkən komanda yarada bilsək, inanıram yaxşı xallar yığacağıq.

Seçilən
10
idmanxeber.az

1Mənbələr