AZ

Valideyn övladının 9 cu sinfə buraxılmamasından şikayətçidir

ain.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda valideyn məktəb rəhbərliyindən və müəllimdən narazılıq edərək övladının ədalətsiz qiymətləndirildiyini və bu səbəbdən 9-cu sinfə buraxılmadığını iddia edir.

Şikayətçi Məhərrəmova Elnaz Hurriyyet.Az-a bildirib ki, övladı 5-ci sinifdən etibarən Bakı şəhəri 116 nömrəli tam orta məktəbdə təhsil alır. Onun sözlərinə görə, övladı 8-ci sinfi bitirməsinə baxmayaraq, əsassız səbəblərlə 9-cu sinfə keçirilməyib.

Valideynin iddiasına görə, ilkin səbəb kimi övladının müəlliməsi Vəfa Seyidova tərəfindən imtahan nəticələrinin düzgün qiymətləndirilməməsi göstərilir. Məhərrəmova qeyd edir ki, həmin imtahan zamanı məktəbdə kameraların söndürülməsi halları olub və digər şagirdlər yüksək bal topladığı halda onun övladı 3 fəndən saxlanılıb və ümumi nəticəsi 30 bal göstərilib. Halbuki digər şagirdlərin nəticələri 90 bala qədər qiymətləndirilib.

Şikayətdə həmçinin bildirilir ki, valideyn dəfələrlə müəllimlə əlaqə saxlayaraq övladının vəziyyətini izah etməyə çalışıb. O, övladının atasını itirdiyini və bu səbəbdən psixoloji travma keçirdiyini də müəllimənin diqqətinə çatdırsa da, müraciətlərinə cavab verilməyib. Elnaz Məhərrəmovanın iddiasına görə, müəllimə onun valideynlər qrupundakı rəylərinə görə onu bloklayıb.

Valideyn yaranmış vəziyyətin övladının psixoloji durumuna mənfi təsir etdiyini və bunun uşaq hüquqlarının pozulması olduğunu bildirib. O, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edərək, imtahan nəticələrinin yenidən və ədalətli şəkildə qiymətləndirilməsini, həmçinin övladının 9-cu sinfə keçidinin təmin olunmasını xahiş edir.

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
1
hurriyyet.az

2Mənbələr