AZ

Rusiya səfiri Levon Ter-Petrosyanla görüşüb –Hansı məsələlər müzakirə olunub? /FOTO

Ermənistanın  sabiq prezidenti Levon Ter-Petrosyan öz iqamətgahında Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin ilə görüşüb.

AzPost bildirir ki, bu barədə Levon Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan öz Facebook səhifəsində məlumat verib.

Bir saatdan çox davam edən söhbət zamanı Ermənistan-Rusiya münasibətlərinin hazırkı vəziyyəti, Cənubi Qafqaz regionunda uzunmüddətli sülh və sabitliyin bərqərar olmasının zəruriliyi müzakirə olunub.

“TerPetrosyan vurğulayıb ki, Rusiyanın Zaqafqaziyada olması təcili ehtiyacdır və tarix tərəfindən təsdiqlənmiş reallıqdır. Rusiya, İran, Gürcüstan, Fransa, Yunanıstan, yaxın gələcəkdə isə Çin və Hindistan Ermənistanın etibarlı dostlarıdır”.

AzPost.az

Seçilən
92
1
azpost.info

2Mənbələr