AZ

KİV: İsrailin hücumu zamanı HƏMAS-ın bütün liderləri binada olub

KİV:

İsrail ordusunun hücumu zamanı HƏMAS hərəkatının bütün liderləri Dohadakı binada olublar.

APA xəbər verir ki, bu barədə “Axios” portalı kəşfiyyat dairələrindəki mənbələrinə istinadən məlumat yayıb.

"Mənbənin məlumatına görə, HƏMAS-ın bəzi liderləri görüş üçün hətta Türkiyədən Dohaya gəliblər. Yüksək rütbəli kəşfiyyat rəsmisi zərbənin endirildiyi vaxt təşkilatın yüksək vəzifəli liderlərinin hamısının binada olduğunu bildirib. İtkilərlə bağlı hələlik məlumat yoxdur", - məlumatda deyilir.

Seçilən
45
6
xalqcebhesi.az

7Mənbələr