AZ

Bakıda narkotikƏMƏLİYYATI - Hadisə yerindən GÖRÜNTÜLƏRVİDEO

Polis əməkdaşları şübhələndikləri avtomobili nəzarətə götürərək təqib ediblər.

Xezerxeber.az xəbər verir ki, əvvəlcədən qurulan plan üzrə maşın pusuya salınıb və dərhal saxlanıb.

Avtomobildən düşən şəxs əməliyyatçılar tərəfindən tutulub. Onun üzərindən və maşından 60 kiloqram narkotik vasitə aşkarlanıb.

Araşdırmalar zamanı məlum olub ki, saxlanılan 48 yaşlı Mahir Məhərrəmov narkotik vasitələri İran vətəndaşları ilə əlbir olaraq ölkəyə gətirib. O, qaçaqmalçılıq yolu ilə gətirilən marixuananı taksi sürücüləri vasitəsilə daşıtdıraraq yayılmasını təşkil edib.

Saxlanılan şəxsin ifadələrindən bəlli olub ki, narkotik paytaxt ərazisində, xüsusilə də Lökbatandan götürüb və satmaq üçün hazır vəziyyətə gətirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Seçilən
51
xezerxeber.az

1Mənbələr