AZ

HƏMAS hərəkat liderlərinin öldürülməsinə dair xəbərləri təkzib edib

BAKI, 9 sentyabr. TELEQRAF

HƏMAS İsrailin Dohaya endirdiyi zərbə nəticəsində danışıqlarda iştirak edən nümayəndə heyətinin üzvlərinin öldürülməsinə dair yayılan xəbərləri təkzib edib.

Teleqraf xəbər verir ki, İsrail təhlükəsizlik xidməti daha öncə Qətərin paytaxtı Dohada HƏMAS nümayəndə heyətinə hücumu nəticəsində hərəkatın 6 yüksək rütbəli rəsmisinin öldüyünü açıqlayıb.

Ölənlərin arasında HƏMAS-ın Qəzza zolağındakı lideri Xəlil əl-Heya və onun ofisinin rəhbərinin də olduğu bildirilib.

Qeyd edək ki, sentyabrın 9-da İsrail ordusu Fələstinin HƏMAS hərəkatının Dohadakı qərargahına aviazərbə endirib. Hücum zamanı binada hərəkat rəhbərliyinin toplantısı olub. İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS liderlərinə qarşı əməliyyata görə bütün məsuliyyəti öz üzərinə götürüb.

Seçilən
9
teleqraf.com

1Mənbələr