AZ

“Mançester Yunayted” Emerini hədəf seçib

“Aston Villa”nın baş məşqçisi Unai Emeri “Mançester Yunayted” klubunun əsas hədəfinə çevrilib.

90deqiqe.Az-ın “Football Insider”ə istinadən yaydığı məlumata görə, “Aston Villa” rəhbərliyi Emerinin işindən narazılıq ifadə edir, çünki komanda gözlənilən nəticələri göstərə bilmir. Bu vəziyyətdən istifadə etmək istəyən “Mançester Yunayted” hazırda baş məşqçi Ruben Amorimin mümkün ayrılığı halında ona alternativ axtarır.

"Qırmızı şeytanlar" təcrübəli çalışdırıcının agenti ilə artıq əlaqə da saxlayıb.

İngiltərə Premyer Liqasının yeni mövsümünün ilk üç turundan sonra “Mançester Yunayted” 4 xalla turnir cədvəlində 9-cu yerdə qərarlaşıb. “Aston Villa” isə cəmi 1 xalla 19-cu yerdə olub, uçurum zonasında yer alır.

Seçilən
34
90deqiqe.az

1Mənbələr