Türkiyənin Diyarbəkir şəhərində kuryoz hadisə baş verib.
News24.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, avqustun 28-də dünyaya gələn qız uşağı infeksiya riski səbəbindən intensiv terapiya şöbəsinə yerləşdirilib.
Bir həftə sonra isə ailəyə başqa bir uşaq təhvil verilib.
Ailə uşağın onlara bənzəmədiyini hiss edərək məsələni tibb bacısına bildirib. Lakin tibb bacısı bu fərqin paltar dəyişikliyi ilə əlaqədar olduğunu deyərək vəziyyəti izah etməyə çalışıb. Şübhələrini davam etdirən Özkaya ailəsi uşağın qolundakı qolbaqda fərqli adın yazıldığını gördükdən sonra dərhal xəstəxanaya qayıdaraq uşaqların səhv salındığını təsdiqləyib və onlara aid olmayan körpəni geri qaytarıb.
Hadisədən sonra xəstəxana rəhbərliyi rəsmi üzr istəyib və hadisəyə səbəb olan tibb bacısının işdən çıxarılacağını bildirib. Özkaya ailəsi isə məsul şəxslərin hüquqi cəzalandırılmasını tələb edir.