AZ

Azərbaycanın U-21 millisi seçmə mərhələdə ilk xalını qazanıb  

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ikinci oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, B qrupunda yer alan milli komandamız Bakıda Bolqarıstanın müvafiq yaş qrupundan ibarət kollektivlə qarşılaşıb.

“Liv Bona Dea Arena”da keçirilən görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Bununla da yığmamız seçmə mərhələdə ilk xalını qazanıb.

Qeyd edək ki, Azərbaycan millisi B qrupunun I turunda səfərdə Portuqaliyaya 0:5 hesabı ilə uduzub.

Seçilən
57
19
azerbaijan-news.az

10Mənbələr