Azərbaycanın səfiri Sultan Hacıyev Keniya rəsmiləri ilə dövlət xidmətləri sahəsində əməkdaşlığa dair görüş keçirib.
Bu barədə Keniyanın Nazirlər Kabinetinin İnsan Kapitalının İnkişafı və Xüsusi Proqramlar üzrə katibi Cefri Kirinqa Ruku "X" sosial şəbəkəsində yazıb.
Dialoqun əsas istiqaməti Keniyanın Huduma mərkəzləri ilə dövlət xidmətlərinin göstərilməsi üçün uğurlu "bir pəncərə" modeli hesab edilən Azərbaycanın ASAN Xidmət sistemi arasında təcrübə mübadiləsi olub.
Görüşdə həmçinin Keniyanın Dövlət Qulluğu və İnsan Kapitalının İnkişafı üzrə Baş katibi Ceyn Kere İmbunya və Xarici İşlər Nazirliyinin nümayəndələri də iştirak ediblər.