AZ

Yeni Günəşlidə çuxur sürücülərə problem yaradıbVİDEO

Yoldakı çuxuru görməyən sürücünün avtomobili ora düşür... Hətta axşam saatlarında çuxura düşən avtomobildə bir xanım xəsarət alıb...

Xezerxeber.az xəbər verir ki, paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yolda sürücülərin narazılığına səbəb olan çuxur yaranıb.

Sürücülərin sözlərinə görə, Şahmar Səfərov küçəsində su borusu partladığından yol qazılıb, problem aradan qaldırılsa da, asfalt örtüyü bərpa edilməyib.

Yol infrasturukturundakı problem Yeni Günəşli qəsəbəsindən Babək prospekti istiqamətində sərt döngədə olduğundan bir çox sürücü əvvəldən çuxuru görə bilmir. Həmin çuxur sürücülərə maddi zərər vurmaqla yanaşı, qəza riskini də artırır. Yəni çuxurdan yayınmaq istəyən sürücülər qarşı hərəkət zolağına çıxırlar və nəticədə qəza qaçılmaz olur.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinə sorğu ünvanladıq. Qurumdan ''Xəzər Xəbər''ə bildirildi ki, həmin ərazidə yaxın günlərdə yolun asfaltlanması təmin ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Seçilən
18
1
xezerxeber.az

2Mənbələr