AZ

Avropa Komissiyası Polşaya 43,7 milyard avro hərbi kredit ayırıb

Bakı. Trend:

Avropa Komissiyası Polşaya SAFE hərbiləşdirmə fondundan 43,7milyard avro aşağı faizli kredit verəcək.

Trend xəbər verirki, bu barədə Polşa Müdafiə Nazirliyinin rəhbəri VladislavKosiniyak-Kamış məlumat yayıb.

"Bu baş verdi! Avropa Komissiyası SAFE proqramından 43,74milyard avronun Polşaya gedəcəyini açıqladı", – deyə nazir “X”sosial şəbəkəsində yazıb.

Beləliklə, Polşa SAFE fondu üçün ayrılmış 150 milyard avronuntəxminən üçdə birinə çıxış əldə edib. Brüsseldə dərc olunansənədlərə əsasən, bu vəsait Aİ-nin 19 ölkəsi arasındabölüşdürüləcək.

Məbləğə görə ikinci yerdə 16,68 milyard avro ilə Rumıniya,üçüncü yerdə isə hər biri 16,216 milyard avro alacaq Fransa vəMacarıstan qərarlaşıb. İtaliya isə 14,9 milyard avro ilə dördüncüsırada yer alıb.

Seçilən
6
az.trend.az

1Mənbələr