Azərbaycan milli komandası bu gün DÇ-2026-nın seçmə mərhələsində ikinci oyununa çıxıb.
Apasport.az xəbər verir ki, D qrupunda yer alan komandamız Bakıda Ukrayna yığmasını qəbul edib.
Görüşdə hesabı qonaqlar açıb. Giorgi Sudakov fərqlənib. Lakin komandamız Emin Mahmudovun qolu ilə bərabərliyə nail olub.
Bu, yığmamızın seçmə mərhələdə qazandığı ilk xal olub.
DÇ-2026 seçmə mərhələsi
II tur
20:00. Azərbaycan - Ukrayna 1:1
Qollar: Emin Mahmudov, 72-p. - Giorgi Sudakov, 51
Tofiq Bəhramov adına Respublika Stadionu.
Baş hakim: Vassilis Fotias
Baş hakimin köməkçiləri: Andreas Meintanas, Mixail Papadakis
Dördüncü hakim: Anastasios Papapetru
VAR hakimləri: Angelos Evangelu, Yoannis Papadopulos
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 21. Qismət Alıyev, 14. Elvin Bədəlov, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 3. Elvin Cəfərquliyev, 15. Abdulla Xaybulayev, 8. Emin Mahmudov (k), 19. Rüstəm Əhmədzadə, 10. Mahir Emreli, 9. Renat Dadaşov
Baş məşqçi: Ayxan Abbasov
Ukrayna: 12. Anatoli Trubin, 17. Aleksandr Zinçenko, 22. Mikola Matviyenko (k), 13. İlya Zabarnıy, 2. Yukim Konoplia, 19. Artyom Bondarenko, 6. İvan Kalyujnıy, 14. Oleq Oçeretko, 8. Giorgi Sudakov, 20. Aleksandr Zubkov, 7. Vladislav Vanat
Baş məşqçi: Sergey Rebrov