AZ

Azərbaycan-Ukrayna oyununda qalib müəyyənləşmədi

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Bakıda keçirilən Azərbaycan – Ukrayna oyunu başa çatıb.

 

Modern.az xəbər verir ki, komandalar Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşü 1:1 hesablı heç-heçə ilə yekunlaşdırıblar.

 

Rəqibin heyətində 51-ci dəqiqədə Georgi Sudakov fərqlənib. Azərbaycan yığmasının qoluna isə 72-ci dəqiqədə kapitan Emin Mahmudov penaltidən imza atıb.

 

Qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edib.

Seçilən
9
7
modern.az

10Mənbələr