AZ

"Bakının tamamilə tıxacdan azad olması mümkün deyil” - AÇIQLAMA

Sentyabr ayı başlayandan Bakıda yaranan sıxlıq, tıxac hər kəsin işini çətinləşdirib.

Bəs paytaxtın tıxac problemi nə zaman həll olunacaq?

Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "Redaktor.az"a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirdi ki, yeni dərs mövsümünün başlaması ilə əlaqədar Bakıda sıxlığın müşahidə olunması normal haldır:

“Təhsil ocaqlarının əksəriyyəti Bakıda cəmləşib. Universitetə qəbul olanların sənədləşmə işləri, ödənişlər və digər məsələlərlə bağlı bölgələrdən hazırda böyük axın var. Yeni mövsüm başlayır və sentyabrın 15-dən sonra tıxaclar daha da artacaq”.

Ekspert əlavə etdi ki, tıxacların azaldılması ilə bağlı artıq yol xəritəsi mövcuddur:

“Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı dövlət proqramı 2025–2030-cu illəri əhatə edir. Bakı iri paytaxt olduğuna görə tamamilə tıxacdan azad olması mümkün deyil”.

Seçilən
57
2
avtosfer.az

3Mənbələr