Ağ Evin mətbuat katibi Kerolayn Levit bəyan edib ki, Vaşinqton İsrailin HƏMAS rəhbərliyinə qarşı planlaşdırdığı hücumla bağlı Qətəri əvvəlcədən məlumatlandırıb.
Editor.az xəbər verir ki, onun sözlərinə görə, ABŞ-ın xüsusi elçisi Stiven Uitkoff Qətər tərəfinə xəbərdarlıq edib. Bildirilir ki, həmin dövrdə HƏMAS-ın bəzi liderləri Dohada yerləşirdi.
Levit əlavə edib ki, ABŞ regionda gərginliyin daha da artmaması üçün diplomatik vasitələrdən istifadə etməkdə davam edir.
//Samir Qurbanov, Editor.az