AZ

"Apple" bu gün hansı məhsulları təqdim etdi? - SİYAHI

Xəbər verdiyimiz kimi, texnologiya nəhəngi Apple bu gün keçirilən illik payız təqdimatında iPhone 17 seriyasını rəsmi olaraq təqdim edib.

Operativ Media xəbər verir ki, Apple ən son məhsullarını – iPhone 17, AirPods Pro 3 və yeni saat modellərini təqdim edib.

Yeni AirPods Pro 3 qulaqlıqları kiçildilmiş ölçüdədir və “fenomenal” səviyyədə səs-küy azaldılması sistemi ilə təchiz olunub.

Həmçinin, bir neçə dili real vaxt rejimində tərcümə edən funksiya və ürək döyüntüsünü ölçən sensor əlavə edilib.

Apple Watch 11 isə şirkətin “ən nazik” saatı kimi təqdim olunub.

Dizayn dəyişməsə də, batareya müddəti artırılıb, təzyiq ölçən sensor və yuxu izləmə funksiyaları əlavə olunub.

Apple Watch Ultra 3 modelində isə daha incə çərçivələr, Always On Display rejimi və bir dəfə şarjla 48 saat işləmə imkanı var.

Yeni iPhone 17 modeli 5 əsas rəngdə təqdim olunub. Telefonun ekranı 6,3 düym, 120 Hz yenilənmə sürətinə malikdir.

Daxilində isə 3 nanometrlik A19 prosessoru var ki, onun GPU gücü əvvəlki versiyaya nisbətən 20% çoxdur.

Bundan başqa, şirkət ən nazik smartfonu sayılan iPhone Air-ı da təqdim edib.

5.6 mm qalınlığında olan bu model titandan hazırlanmış korpusda, 4 fərqli rəngdə təqdim olunur və ən son A19 Pro prosessoru ilə təchiz olunub.

Seçilən
18
operativmedia.az

1Mənbələr