AZ

Darta Veyderin əfsanəvi işıq qılıncı 3,6 milyon dollara satılıb...

...Darta Veyder-in orijinal “Ulduz döyüşləri” filmlərində istifadə edilən işıq qılıncı Los-Ancelesdəki Propstore auksionunda rekord qiymətə 3,6 milyon dollara satılıb.

SİA-nın məlumatına görə, Deadline yazır ki, lot kult film dastanı ilə bağlı hərraclar tarixində ən bahalı əşya oldu.

Əsas təklif 2,9 milyon dollar olub və alıcı hərrac evinə mükafat olaraq daha 700 min dollar ödəyib.

Veyder “The Empire Strikes Back and Return of the Jedi” filmində məhz bu qırmızı qılıncla vuruşurdu. Təşkilatçıların dediyinə görə, rekvizitlər çəkiliş meydançasında Darta Veyder aktyoru Devid Prous və onun dublyoru Bob Anderson tərəfindən aparılıb.

Hərracda 400-dən çox unikal əşya təklif edilib. Onların arasında: 485.000 dollara satılan İndiana Consdan bir qamçı, “Star Trek: The Next Generation” filmindən fleyta və qutu (403.000 dollar), Harri Potter filmlərindən Platforma 9 ¾ işarəsi və “Üzüklərin Rəbbi: Üzük qardaşlığı” filmindən dəbilqə…

Propstore COO Brandon Allinger qeyd etdi ki, satış “təkcə hərrac evi üçün deyil, bütün film kolleksiyası dünyası üçün tarixi bir an” idi.

Onun sözlərinə görə, “Ulduz döyüşləri”nin ən bahalı əşyası kimi işıq qılıncının satılması dastanın mədəni irsini və bu əşyaların müasir mifologiyanın bir hissəsi olan pərəstişkarlarının ehtirasını önə çəkir.

Əli Babayev

Seçilən
4
sia.az

1Mənbələr