İran və Beynəlxalq Atom Enerjisi Agentliyi yeni vəziyyətdə əməkdaşlıq barədə razılığa gəlib
İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Baqai bildirib ki, İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İsrail və ABŞ-ın İranın nüvə obyektlərinə yönəlmiş hücumlarından sonra yaranmış yeni vəziyyətdə əməkdaşlıq barədə razılığa gəliblər.
Əvvəlcə Wall Street Journal-ın jurnalisti Lorens Norman də bu razılaşmanın əldə olunduğunu yazmışdı.
İranın Xarici İşlər naziri Abbas Arakçi isə çərşənbə günü Qahirədə BAEA-nın baş direktoru Rafael Grossi və Misirin Xarici İşlər naziri Badr Abdelati ilə görüşüb.