AZ

Sergey Rebrov: Azərbaycan millisi əks-hücumlarda özünü yaxşı tərəfdən göstərə bildi

BAKI, 9 sentyabr. TELEQRAF

”Heç bir komandanı az qiymətləndirməməliyik”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna komandasının baş məşqçisi Sergey Rebrov DÇ-2026-nın seçmə mərhələsində Bakıda Azərbaycan millisi ilə 1:1 hesablı heç-heçə etdikləri ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis meydanın oyuna tam hazır olmadığını söyləyib: “Öz oyunumuzu oynaya bilmirdik. Sadəcə olaraq, son 10 dəqiqədə hücum oyununumuzu göstərə bildik. Azərbaycan millisi əks-hücumlarda özünü yaxşı tərəfdən göstərə bildi”.

Seçilən
80
teleqraf.com

1Mənbələr