Azərbaycan 1-ci Liqasında çıxış edən “Zaqatala” klubu heyətinə yeni oyunçu cəlb edib.


Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi “Qarabağ”dan icarə əsasında qapıçı Amin Ramazanovu heyətinə qatıb.

22 yaşlı qolkiperin icarə müddəti 6 ay olacaq.